FullSizeRender (1)

BEYNƏLXALQ QIZIL XAÇ VƏ QIZIL AYPARA CƏMİYYƏTLƏRİ FEDERASİYANIN XX BAŞ ASSAMBLEYASININ SON GÜNÜ

6 dekabr 2015-ci il tarixində Isveçrənin Cenevrə şəhərində Cenevrənin Beynəlxalq Konfrans Mərkəzində “Yaxşı İdarəetmə” və “Beynəlxalq Federasiyanın  2020 Strategiyasının aralıq icmalı” mövzularında rəsmi görüşlər keçirilmişdir. Görüşlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Milli Cəmiyyətin İcraçı Katibi Bayram Vəliyev və Gənclər Komitəsinin üzvü Nailə Ömərova iştirak etmişlər.

Eyni zamanda 6 dekabr tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasıyasının (BQXQACF) XX Baş Assambleyası özünün son plenar sessiyalarını keçirmişdir. Burada XX Baş Assambleya Beynəlxalq Federasiyasının Maliyyə Komissiyası, Gənclər Komissiyası, Şikayətlər və Vasitəçilik Komitəsi və Seçkilər Komitəsinın yeni üzvlərini təsdiq etdi. Qeyd etmek lazımdır ki, AzQAC-nin İcraçı Katibinin müavini Səbinə Məhbubi-İran Şikayətlər və Vasitəçilik Komitəsinə üzv olaraq təyin olunmuşdur.

Sonda XX Baş Assambleya bir çox Milli Cəmiyyətlərin fəal gənclərini və könüllülərini mükafatlandırdı. Həmçinin BQXQACF-nın yaradıcısı Henry Devisonun adına təsis olunmuş medal Qətər Qızıl Aypara Cəmiyyətinin üzvü Dr Aisha Yousef Al Mannai, Kenya Qızıl Xaç Cəmiyyətinin üvzü Paul Breich və İtaliya Qızıl Xaç Cəmiyyətinin üzvü Rosario Valastroya təqdim olundu.

Qeyd edək ki, növbəti XXI Baş Assambleya 2017-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcəkdir

IMG_3769 IMG_3548 IMG_3597 IMG_3724

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.