24 oktyabr 2022-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində Cəmiyyətin əməkdaşları üçün “Sağlam Yaşlanma” mövzusunda sessiya keçirildi. Sessiyanın əsas məqsədi oktyabr ayının əvvəli “Sağlam Yaşlanma” mövzusunda Beynəlxalq Federasiya tərəfindən Tbilisi şəhərində təşkil edilən təlimdə öyrənilmiş biliklərin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları ilə paylaşılması idi.
Sessiya zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı Mətanət Qaraxanova “Sağlam Yaşlanma” haqqında ətraflı məlumat verdi. O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzunömürlülüyün statistik göstəricilərini nümunə gətirərək mövzunun dövrümüzdə əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, yaşlanma mərhələlərinə uyğun fizioloji imkanlar, sağlam yaşlanmanın qiymətləndirilməsi, davranış dəyişiklikləri, fiziki fəaliyyət və sağlam qidalanmaya yönələn yaşlılar arasında bilik və bacarıqların artırılması onların sağlamlığına böyük töhvə verəcəkdir.
Sessiyanın sonunda verilən məlumatlar ətrafında iştirakçılar arasında müzakirələr və fikir mübadiləsi apardı.