28 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutduğu zaman Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəal könüllüsü Məhərrəm Ənvər oğlu Mustafayev öz humanitar missiyasını həyata keçirərkən faciəvi şəkildə həlak olmuşdur.
Məhərrəm Mustafayev AzQAC-ın Bərdə rayon bölməsinin fəal və fədakar üzvlərindən biri olmuşdur.
Fərəhli haldır ki, Məhərrəm Mustafayevin oğlu Elşən Mustafayev hazırda AzQAC-ın Bərdə rayon bölməsinin könüllüsü kimi öz atasının humanitar fəaliyyətini şərəflə davam etdirir. AzQAC-ın Bərdə rayon bölməsinin əməkdaşları mütəmadi olaraq mərhum könüllünün məzarını və ailə üzvlərini ziyarət edirlər.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin adından həlak olmuş könüllümüzə rəhmət, ailəsinə isə baş sağlığı diləyirik.