Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz mandatına və missiyasına uyğun olaraq istər dinc dövrdə, istər münaqişə, istərsə də fövqəladə hallar zamanı ehtiyaclı insanlara humanitar yardım göstərir. Cəmiyyətin Suraxanı rayon bölməsi də mütəmadi olaraq qayğıya ehtiyacı olan aztəminatlı ailələrə və şəxslərə dəstəyini davam etdirir. Oktyabr ayında Suraxanı rayon bölməsinin qeydiyyatında olan 50 (əlli) nəfərə ərzaq bağlamaları paylanıldı. Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinin sovqatları isə bölmə könülləri tərəfindən evlərində çatdırıldı.