31 oktyabr – 4 noyabr tarixlərində Gürcüstanın Borjomi şəhərində Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyası tərəfindən İcma ilə İş və Hesabatlılıq (CEA) üzrə Təlimçilərin Təlimi (ToT) təşkil edilib. Təlimin əsas məqsədi İcma ilə İş və Hesabatlılıq üzrə çalışan Milli Cəmiyyətlərin əməkdaşlarının bilik və bacarıqlarını artırmaq, onlar arasında təcrübə mübadiləsini təmin etmək və Milli Cəmiyyətləri CEA-nı öz proqramlarına inteqrasiya etməyə təşviq etməkdən ibarət idi.
Gürcüstan, İtaliya, Türkiyə, İsveç və bir sıra digər ölkələrin Milli Cəmiyyətlərindən ümumilikdə 20 nümayəndənin iştirak etdiyi təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcma ilə İş və Hesabatlılıq (CEA) üzrə əməkdaşı Kamilla Rüstəmova, Planlaşdırma, Monitorinq, Qiymətləndirmə (PMER) və üzrə əməkdaşı Məmməd Rəşidli və İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nigar Rüstəmzadə iştirak ediblər.
5 gün davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.