WhatsApp Image 2022-11-10 at 3.45.45 PM (1)

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları İcma ilə İş və Hesabatlılıq üzrə Təlimçilərin Təlimində (ToT) iştirak ediblər

31 oktyabr – 4 noyabr tarixlərində Gürcüstanın Borjomi şəhərində Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyası tərəfindən İcma ilə İş və Hesabatlılıq (CEA) üzrə Təlimçilərin Təlimi (ToT) təşkil edilib. Təlimin əsas məqsədi İcma ilə İş və Hesabatlılıq üzrə çalışan Milli Cəmiyyətlərin əməkdaşlarının bilik və bacarıqlarını artırmaq, onlar arasında təcrübə mübadiləsini təmin etmək və Milli Cəmiyyətləri CEA-nı öz proqramlarına inteqrasiya etməyə təşviq etməkdən ibarət idi.

Gürcüstan, İtaliya, Türkiyə, İsveç və bir sıra digər ölkələrin Milli Cəmiyyətlərindən ümumilikdə 20 nümayəndənin iştirak etdiyi təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcma ilə İş və Hesabatlılıq (CEA) üzrə əməkdaşı Kamilla Rüstəmova, Planlaşdırma, Monitorinq, Qiymətləndirmə (PMER) və üzrə əməkdaşı Məmməd Rəşidli və İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nigar Rüstəmzadə iştirak ediblər.

5 gün davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

WhatsApp Image 2022-11-10 at 3.45.45 PM (1) thumbnail_IMG_6314 313434269_2790166081117337_7568474280985372723_n 313436862_2790166067784005_7182162813207042282_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.