IMG_7068

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşı Seoulda keçirilən Fövqəladə hallarda Praktiki Nağd pul yardımı (PECT) təlimində iştirak etmişdir

7-12 noyabr 2022-ci il tarixlərində Cənubi Koreyanın Seoul şəhərində Fövqəladə hallarda Praktiki Nağd pul yardımı (PECT) təlimi keçirilmişdir. PECT təliminin əsas məqsədi iştirakçıların fəaliyyətləri boyunca öyrəndikləri nəzəri bilikləri Nağd Pul və Vauçer Yardımı üzrə alətlər dəstindən istifadə edərək praktiki təcrübədə istifadə etmələrini öyrətməkdir.

Təlim senari üzərində qurulmuş, rollar, təqdimatlar və praktiki tapşırıqlardan ibarət olmaqla simulyasiya xarakteri daşıyırdı. 5 nəfərdən ibarət təlimçi komandasının dəstəyi ilə iştirakçılar 6 gün boyunca nağd pul yardımının uyğunluğu, mümkünlüyü, bazar araşdırması, əsas ehtiyacların, risklərin müəyyən və idarə edilməsi, vəkillik və təbliğat, monitorinq, layihə büdcəsinin hazırlanması, layihənin təqdimatı və s. mövzularında praktiki tapşırıqlar üzərində çalışmışlar.

Təlimdə Britaniya, Ruminiya, Moldova, Danimarka, Bosniya və Herseqovina, Finlandiya,  İtaliya, Monqolustan, Laos, Koreya, Vyetnam ölkələrindən ümumilikdə 22 iştirakçı iştirak edirdi.

Təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri və Nağd Pul yardımı proqramı üzrə məsul şəxs Nuranə Qasımzadə təlimçi qismində çıxış edərək nağd pul yardımının uyğunluğu və mümkünlüyünün göstəriciləri, risklərin müəyyən edilməsi və aradan qaldırılması, vəkillik və təbliğat, çatdırılma mexanizmləri, icma ilə əlaqələr və hesabatlılıq kimi mövzularda təqdimatlar etmişdir.

Təlim müddəti boyunca hər gün iştirakçıların hazırladıqları tapşırıqlar və təqdimatlar təlimçilər tərəfindən analiz olunmuş, qiymətləndirilmiş, tövsiyyələr verilmiş və aktiv iştiraklarına görə sertifikatlarla mükafatlandırılmışdır.

20221107_161901 IMG_7074 20221108_110457 20221109_142027 20221112_123115 IMG_7068

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.