Noyabrın 17-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərəfdaşları – Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyası (QXQACBF) arasında koordinasiya görüşü keçirilib.
Görüşün məqsədi Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərəfdaşları arasında koordinasiyanı təmin etmək üçün təşkilatların fəaliyyəti, qarşılıqlı əməkdaşlığı, eyni zamanda, gələcək fəaliyyətlər və əməkdaşlıqlar haqqında müzakirələr aparmaqdır.
Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, icraçı katibin müavinləri Şaban Şayev və Xalidə İsgəndərova, AzQAC-ın müvafiq proqramları üzrə əməkdaşları, BQXK-ın Azərbaycandakı nümayəndəliyinin Əməliyyatlar üzrə rəhbəri Beata Skwarska, Əməkdaşlıq şöbəsinin koordinatoru Laura Sessenna, Beynəlxalq Federasiyanın Azərbaycandakı nümayəndəliyinin proqramlar və əməliyyatlar üzrə meneceri Serdar Günel işitrak ediblər.