15-17 noyabr 2022-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Tovuz rayon bölməsinə yeni qoşulmuş könüllülər üçün “İlk Yardımın Əsasları” təlimi keçirilib. İlk yardımın məqsədi zərərçəkmiş insanın həyatını xilas etmək, ağrılarını yüngülləşdirmək və vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün zəruri tədbirlərin görülməsindən ibarətdir.
Təlim zamanı iştirakçılara ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlar mövzusu ətrafında geniş məlumat verilib. Nəzəri biliklərlə yanaşı könüllülər eyni zamanda kurs zamanı praktiki nümayişlər də göstəriblər.
Təlim, Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi və AzQAC-ın ilk yardım üzrə məsul əməkdaşı İlkinə Ağayeva, Qazax və Ağdam rayon bölmələrinin fəal könüllüləri və ilk yardım üzrə təlimçiləri İlkin Qədimov və Elşad Nərimanovun təşkilatçılığı ilə həyata keçirilib.
Ümumulikdə 19 nəfər könüllünün iştirak etdiyi təlimin sonunda iştirakçılar müxtəlif ssenarili simulyasiya məşğələsində iştirak ediblər. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim olunub.