Azərbaycan Qızıl Aypara Cəmiyyətinin keçmiş icraçı katibi və könüllüsü Elxan Rəhimov BBC News kanalına müsahibə verib. Elxan Rəhimov hazırda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasınının cənub-şərqi Asiya ölkələri üzrə nümayəndəliyinin başçısı vəzifəsində çalışır.
İndoneziyanın Yava adasında binaların uçması və torpaq sürüşməsinə səbəb olan 5,6 bal gücündə zəlzələ nəticəsində ən azı 62 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı, digərlərinin isə itkin düşdüyü bildirilir. Elxan Rəhimov öz çıxışında İndoneziya Qızıl Xaçının icmalarda olan fəaliyyəti, yerli ehtiyaclara cavab verən xidmətləri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının regionda fəaliyyətindən söz açıb.