3

1 Dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü” ilə bağlı konfrans keçirildi

1988-ci ildən başlayaraq, AİDS/QİÇS haqqında məlumatlılığı artırmaq və bu sağlamlıq problemi qarşısında beynəlxalq həmrəylik nümayiş etdirmək üçün hər il dekabr ayının ilk günü Ümumdünya AİDS günü kimi bütün dünyada qeyd olunur.

Bu günlə bağlı 1 Dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü” ilə bağlı konfrans keçirildi. Tədbirdə Səhiyyə Naziliyi, QİÇS-lə mübarizə mərkəzi, Milli Məclisin deputatları, Ədliyyə Naziliyi və Təbibdən olan nümayəndələr iştirak edirdi.

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən isə vitse-prezident Qafar Əsgərzadə, “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova və rəqəmsal kommunikasiyalar üzrə əməkdaş Vüsal Səfərli iştirak edirdi.

Tədbir zamanı ölkəmizdə İİV/QİÇS-lə bağlı cari vəziyyət və görüləcək işlər, dünyada hazırda İİV/QİÇS-lə bağlı vəziyyət və hədəflər, pentesiar sistemdə İİV/QİÇS-lə mübarizənin gücləndirilməsi sahəsində görülən işlər və Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının İİV/QİÇS-lə mübarizədə rolu mövzularında təqdimatlar edildi.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə də tədbirdə çıxış edərək, Milli Cəmiyyətin səhiyyə və sağlamlıq sahəsində, xüsusilə QİÇS-lə mübarizədə hansı işlərin görüldüyünü, nə dərəcədə aktivlik göstərildiyini və hər zaman bu sahələr üzrə dəstək veriləbiləcəyini qeyd edib.

Tədbir, iştirakçıların qarşılıqlı müzakirələri ilə yekunlaşıb.

5IMG-20221201-WA0017IMG-20221201-WA0016 4 3 2 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.