28-29 noyabr 2022-ci il tarixində Avropa İttifaqının (Aİ) “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” adlı Şərq Proqramının (PPRD East) 3-cü fazası çərçivəsində “Fəlakət risklərinin qiymətləndirilməsi metologiyası üzrə” təlim keçirilib. Təlimin əsas məqsədi fəlakət riskinin qiymətləndirilməsi üzrə milli metodologiyanın hazırlanması üçün təməlin və fəlakət riskinin qiymətləndirilməsi üzrə milli siyasətin formalaşdırılması idi. Təlim Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN), İsveçin Mülki Müdafiə Agentliyinin (MSB) və İtaliyanın Beynəlxalq Ətraf Mühitin Monitorinqi Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Təlim Avropa İttifaqının mülki müdafiə mexanizmi, AK-nin birgə Tədqiqat Mərkəzi və BMT-nın Fəlakət Risklərinin Azadılması üzrə Ofisinin milli fəlakət riskinin qiymətləndirilməsi üzrə tövsiyyələri əsasında fəlakət riskinin qiymətləndirmə prosesi, institusional çərçivəsinin yaradılması, risk ssenarilərinin hazırlanması kimi mövzuları əhatə etmişdir.
Təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini (AzQAC) İlk Yardım üzrə koordinator Əminə Cabbarova təmsil edib.