Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) öz mandatına və missiyasına uyğun olaraq istər dinc dövrdə, istər münaqişə, istərsə də fövqəladə hallar zamanı ehtiyaclı insanlara humanitar yardım göstərir. Cəmiyyətin Pirallahı rayon bölməsi də mütəmadi olaraq qayğıya ehtiyacı olan aztəminatlı ailələrə və şəxslərə dəstəyini davam etdirir.
Belə ki, AzQAC-ın Pirallahı rayon bölməsi tərəfindən bölməyə müraciət etmiş Qarabağ müharibəsi qazisinə əlil arabası təqdim edilib.
Benefisiar göstərilmiş dəstəyə görə AzQAC-ın Pirallahı rayon bölməsinin sədrinə və könüllülərinə öz minnətdarlığını bildirib.