Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD-ın üzvləri məktəblərdə “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında yayım sessiyaları keçirməyə davam edirlər. Bu sessiyaların əsas məqsədi Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri bölüşmək, rayon bölməsini və onun könüllülərini ictimaiyyətə təqdim etməkdir. Sessiyalar zamanı könüllülər şagirdlərə Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri baradə ətraflı məlumat verirlər.
Sessiyalar həmçinin şagirdlər üçün interaktiv məşğələləri əhatə edir və sual-cavab ilə başa çatır.
Belə ki, 2022-ci ilin noyabr ayında AzQAC-ın Sumqayıt, Tərtər, Ağdam, Füzuli, Qazax, Cəbrayıl və Bərdə rayon bölmələrinin FMKD üzvləri tərəfindən Sumqayıt şəhərinin 7 və 24 saylı məktəblərində, Tərtər rayonunun 2, 3, 6 saylı və Şıxarx qəsəbə məktəbində, Ağdamın Əhmədağalı, Bənövşələr, Xındırıstan, Füzulinin Araz Zərgər və Araz Dilağarda, Qazaxın Quşçu Ayrımı, Çaylı, Daş Salahlı, Bərdənin Saatlı, Hacalı, Güloğlular, Qaradəmirçi, Cəbrayılın Çərəkən, Mehdili kənd məktəblərində ümumilikdə 24 yayım sessiyası həyata keçirilib.