Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə 2022-ci il üçün Hazırlıq planına müvafiq olaraq Yevlax rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Kompleks təlim fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılması məqsədilə keçirilib.
Təlimə Yevlax rayonunun Mülki müdafiə rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və texnikası, rayon Fövqəladə Hallar Komissiyası və Mülki müdafiə qərargahı, mülki müdafiə xidmətləri, yüksək hazırlıqlı ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatlar cəlb olunub.
Təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Yevlax rayon bölməsinin əməkdaşları, könüllüləri və Bərdə rayon bölməsinin Fövqəladə Mobil Könüllü Dəstələrinin (FMKD) üzvləri iştirak ediblər.