ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi və “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və TƏBİB-in birgə təşkilatçılığı ilə Təcili Yardım Sisteminin (TYS) təkmilləşdirilməsi həftəsi çərçivəsində dekabrın 16-da Azərbaycan Tibb Universitetində hibrid simpozium keçirilib.
“Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsinin əsas fəaliyyət istiqmətlərindən biri TYS və xidmətlərinin, bu sahədəki təlimlər və standartların təkmilləşdirməsinin dəstəklənməsidir. Bu məqsədlə layihə çərçivəsində 12 dekabrda “Azərbaycanda TYS-nin təkmilləşdirilməsi həftəsi tədbirləri” başladılıb. 18 dekabradək davam edəcək həftənin məqsədi TYS sahəsində Azərbaycanın gələcəyə baxışını müzakirə etmək, bu sahədə təlimlər keçmək, eləcə də, insanların həyatını xilas etmək üçün kardiopulmonar resusitasiya (KPR) vərdişlərinin öyrənilməsinin vacibliyi haqqında ictimaiyyəti məlumatlandırmaqdır.
ÜST-in Azərbaycandakı nümayəndəliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi vasitəsilə TYS və xidmətlərinin, bu sahədəki təlimlər və standartların təkmilləşdirilməsini dəstəkləməyi nəzərdə tutur. Layihə Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta və tibb təhsil müəssisələri ilə əməkdaşlıqla həyata keçirilir. Bu proqram layihənin məqsədlərinə çatmaq üçün ilkin addımlardır və təcili tibbi yardım işçilərinin, səhiyyə müassisələrinin, qərar qəbuledici şəxslərin, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin bu sahədə birgə çalışmasına təşviq edəcək.
Təcili Yardım Sisteminin (TYS) təkmilləşdirilməsi həftəsi çərçivəsində 4 gün ərzində 70-dən çox səhiyyə və qeyri-səhiyyə işçisi Yeni Klinika, Kliniki Tibbi Mərkəz və Sumqayıt Təlim, Simulyasiya və Qiymətləndirmə Mərkəzindəki təlimlərə qatılıb. Həmin tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) “İcmaya əsaslanan sağlamlıq” proqramının koordinatoru Mətanət Qaraxanova iştirak edib. Tədbirdə o, AzQAC-ın 2010-2015 illər ərzində “İlk Yardım” proqramının könüllüsü, hal hazırda təcili yardım həkimi kimi layihənin fəal iştirakçısı olan Əsədulla Ağayev ilə görüşdü. İlk Yardım proqramının könüllüsü olaraq, gənc Əsədulla həkim ilk yardım sahəsində aldığı biliklərin əhəmiyyətini vurğulayaraq, AzQAC-da iştirak etdiyi tədbirləri bir daha xatırlayıb, gələcək işində və təcili yardım sahəsində onun yaxşı mütəxəssis olmasına bu təcrübənin kömək etdiyini xüsusi qeyd edib.