Dekabr ayının 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində İdarəetmə Şurasının iclası keçirilib. AzQAC-ın İdarəetmə Şurasının geniş tərkibli iclası Milli Cəmiyyətin 2022-ci ilin yekununa həsr olunan hesabatları və gələcək planları müzakirə etmək, təklif və rəyləri dinləmək, mühüm qərarları qəbul etmək məqsədilə keçirilib.
İclası giriş sözü ilə açan Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov iştirakçıları salamlayıb, iclasın mahiyyətindən və əhəmiyyətindən bəhs edib. Novruz Aslanov öz çıxışında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2022-ci ildə nailiyyətlərindən bəhs edərək, bu ilin Milli Cəmiyyətin inkişafı, potensialın artması baxımından əhəmiyyətli bir il olduğunu qeyd edib. O, öz çıxışında xüsusilə gəlirgətirmə sahəsində əldə olunmuş nailiyyətlərə və uğurlara toxunub. Yaxın zamanda AzQAC tərəfindən gəlirgətirmə məqsədilə təşkil olunmuş “Qızıl ürək” adlı tədbirdən və uğurlu nəticəsindən danışıb. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tərəfdaşları ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlığından bəhs edib, bu əməkdaşlığın son illərdə daha da inkişaf etdiyini və genişləndiyini bildirib. AzQAC-ın Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası (Beynəlxalq Federasiya), Türk Qızıl Ay Cəmiyyətinin Azərbaycan üzrə nümayəndəliyi ilə olan əməkdaşlığının dünyada nümunəvi olduğunu vurğulayıb.
Daha sonra iclas AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyevin 2022-ci ilin yekununa dair hesbataı xarakterli təqdimatı ilə davam edib. O, öz çıxışında AzQAC-ın 2022-ci ildə olan fəaliyyətlərinə dair hesabatı təqdim edib, 2023-cü ildə planlaşdırılmış fəaliyyətlərdən və planlardan bəhs edib. 2022-ci ilin fəaliyyətlərinə dair statisktik məlumatları vurğulayan Ceyhun Mirzəyev, eyni zamanda AzQAC-ın rayon bölmələri tərəfindən həyata keçirilmiş innovativ fəaliyyətlərdən, bölmələrin texniki və maddi təchizatının artımından, beynəlxalq sahədə həyata keçirilən əməşdalıq və nailliyətlərdən də bəhs edib.
AzQAC-ın vitse prezidenti, İdarəetmə Şurasının məsul katibi Qafar Əsgərzadə qarşıda duran strategiyaları məruzə edib, Təhsilə Giriş və bir sıra strategiyaları İdarəetmə Şurasının diqqətinə çatıdırıb və AzQAC-ın Nizamnamisinə uyğun olaraq İdarəetmə Şurasının üzvləri tərəfindən təsdiqlənib.
İclas zamanı eyni zamanda, AzQAC-ın Katibliyində həyata keçirilən layihələr, təmir işləri və avadanlıq təchizatı, ştat cədvəlində olunan dəyişikliklər, beynəlxalq audit lisenziyası olan auditin heyata keçirilməsi, maddi yardımların verilməsi məsələləri İdarəetmə Şurasının üzvləri tərəfindən müzakirə olunub və sənədlər təsdiq edilib.
Fürsətdən istifadə edərək, AzQAC-ın İdarəetmə Şurasının üzvü Budaq Ağamirzəyevi 60 illik yubiliyi münasibətilə AzQAC-ın prezidenti Novruz Aslanov təbrik edib, ona Qızıl Aypara Cəmiyyətinin 100 illiyinə həsr olunmuş medalını təqdim edib.
İclasın sonunda Milli Cəmiyyətin prezidenti Novruz Aslanov AzQAC-ın əməkdaşlarını, çoxsaylı üzvlərini və könüllülərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tərkib edib, onlara humanitar fəaliyyətlərində uğurlar arzu edib.