R_A_6871

Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Silk Way West Airlines tərəfindən birgə “Qış Möcüzəsi 2022” adlı humanitar xeyriyyə aksiyası keçirildi

Azərbaycan Qızıl Aypara Cəmiyyəti  Silk Way West Airlines Şirkətinin dəstəyi ilə Yeni ilə həsr olunmuş “Qış Möcüzəsi 2022” adlı layihə çərçivəsində humanitar xeyriyyə aksiyasını reallaşdırdı. Xeyriyyə aksiyası 29-31 dekabr 2022-ci il tarixləri aralığında Xırdalan, Sumqayıt, Ağsu və İsmayıllı şəhərlərində həyata keçirilmişdir. Layihə 4 tondan artıq humanitar yardım ərzaq məhsullarının 204 ailəyə və nəticə etibarı ilə 674  şəxsə çatdırılması ilə yekunlaşdı. Qeyd edək ki, hər bir qutuda 20 kq-dan artıq ailə tərkibi 3-5 nəfərdən ibarət ailələrə bir aylıq qidalama üçün nəzərdə tutulmuş sayda müxtəlif çeşidlərdə ərzaq məhsulları paylanılmışdır.

100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. AzQAC milliyyətinə, cinsiyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan insanlara humanitar yardım göstərir.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün Boeing ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə Airbus ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

Qeyd edək ki, AzQAC tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış “YARDIM.ET” adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində HÖP, ASAN PAY, SMS, MilliÖn, eManat, hesab.az, bank kartı və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr ehtiyaclı insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.

Korporativ sosial məsuliyyəti həyata keçirən bütün şirkətlər və təşkilatlar, o cümlədən fərdi sahibkarlar və xeyriyyəçilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq etmək üçün bu ünvana müraciət edə bilərlər: corporate@redcrescent.org.az.

Toplanmış bütün ianələr ehtiyacı olan insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.

R_A_6558 R_A_6564 R_A_6591 R_A_6597 R_A_6616 R_A_6674 R_A_6709 R_A_6871 R_A_7066 R_A_7376

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.