Dekabrın 26-da Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Sumqayıt şəhər bölməsi və AYB Sumqayıt bölməsinin birgə dəstəyi ilə “Birliyimiz-Həmrəyliyimizdir” adlı sərgi-tədbir keçirilib. Tədbirdə rəssamlar, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.
Tədbir zamanı şəhid və qazi övladları içərisindən rəssamlığa meyilli uşaqların işlədikləri ayrı-ayrı atributlar, detallar lövhəyə gətirilib və qonaqların gözü qarşısında kompazisiya kimi quraşdırılıb. Beləliklə iki möhtəşəm əsər “Azərbaycan xəritəsi” və “Xarı bülbül rəsmləri” uşaqlar üçün də sürpriz olub.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi tərəfindən hazırlanmış hədiyyələr şəhid və qazi övladlarına təqdim edilib.
Sonda Əhməd Bakıxanov adına Uşaq İncəsənət Məktəbinin xor kollektivi və müğənni Xəyal Cəbrayıllı musiqi nömrələri ilə çıxış ediblər.