Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Yevlax rayon bölməsi tərəfindən qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bölmənin qeydiyyatında olan aztəminatlı ailələrə ərzaq bağlamaları paylanılıb.
Eyni zamanda, rayon bölməsi tərəfindən yeni il münasibəti ilə aztəminatlı ailələrdən olan uşaqlar üçün Yeni il şənliyi təşkil olunub və onlara hədiyyələr təqdim edilib.