3 fevral 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə sağlam həyat tərzi mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı RPİ-nin YYÇ-la profilaktiki işin təşkili qrupu inspektoru Niyazi Hacıyev, Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri, Pirallahı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi Təranə İskəndərova, gənc könüllülər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə natiqlər çıxışlar edərək, mövzular ətrafında şagirdlərə geniş məlumat veriblər. Daha sonra mövzularla əlaqəli video-çarxlar nümayiş olunub, şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.