2 fevral Gənclər günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Sumqayıt şəhər bölməsi görüş keçirib. Görüşdə AzQAC-ın icraçı katibin müavinləri Xalidə İsgəndərova və Elşən Səlimzadə, Türk Qızıl Ay Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mustafa Sünger, AzQAC-ın Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova və bölmə könüllüləri iştirak ediblər.
AzQAC-ın Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova qonaqları salamlayaraq, 2 fevral Gənclər Günü ilə əlaqədar gəncləri təbrik edərək ən xoş arzularını bildirib.
Görüş zamanı şəhər bölməsinin könüllüləri tərəfindən bölmənin 2022-ci ildə fəaliyyətlərini əks etdirən təqdimat olunub. Eyni zamanda, AzQAC-ın Gənclər və könüllülər şöbəsi və Türk Qızıl Ay Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mustafa Sünger AzQAC-ın təxminən 1000 könüllüsü arasında aparılmış sorğunun nəticələri haqqında təqdimat ediblər.
Sonda könüllülər arasında sorğularla bağlı fikir mübadiləsi aparılaraq onları maraqlandıran suallar cavablandırılıb, gələcəkdə Türk Qızıl Ay Cəmiyyəti və AzQAC arasında gələcəkdə görüləcək fəaliyyətlər haqqında söhbət aparılıb.