IMG_4142

BEYNƏLXALQ QIZIL XAÇ VƏ QIZIL AYPARA HƏRƏKATININ NİZAMNAMƏVI GÖRÜŞLƏRİ SONA ÇATDI

10 dekabr 2015-ci il tarixində Isvəçrənin Cenevrə şəhərində keçirilən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (Beynəlxalq Hərəkat) 32-ci Beynəlxalq Konfransı son plenar iclaslarını keçirmişdir. 8 dekabr 2015-ci il tarixindən başlayaraq 3 gün ərzində davam edən 32-ci Beynəlxalq Konfransda Fundamental Prinsiplər, sağlamlıq, miqrasiya, nüvə silahlarının humanitar təsirləri, Beynəlxalq humanitar hüquq, iqlim dəyişikliyi, fövqəladə hallara hazırlıq və cavabvermə kimi müxtəlif mövzularda geniş miqyaslı müzakirələr aparılmışdır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) nümayəndə heyəti bu plenar iclaslarda və müzakirələrdə fəal şəkildə iştirak etmişdir.

10 dekabr 2015-ci il tarixində 32-ci Beynəlxalq Konfransda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Daimi Komissiyasına yeni seçkilər də keçirilmişdir. Kanada Qızıl Xaç Cəmiyyətinin üzvü George Veber, İsveç Qızıl Xaç Cəmiyyətinin üzvü Eva von Oelreich, Seyşel Qızıl Xaç Cəmiyyətinin üzvü Chrystold Chetty, Avstraliya Qızıl Xaç Cəmiyyətinin üzvü Greg Vickery və Italiya Qızıl Xaç Cəmiyyətinin üzvü Massima Barra Daimi Komissiyanin yeni üzvləri seçilmişdir.

 

32-ci Beynəlxalq Konfransda “Beynəlxalq Humanitar Hüquqla uyğunluğu gücləndirmək”, “Azadlıqlarından məhrum olunmuş insanları qoruyan Beynəlxalq humanitar hüququ gücləndirmək”, “İnsanlığın gücü”, “Humanitar könüllülərin təhlükəsizliyi”, “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının artmaqda olan humanitar ehtiyaclara cavabverməsini gücləndirmək”, “Cinsi və gender-əsaslı zorakılıq: qarşısının alınmasında və cavabvermədə birgə fəaliyyət”, “Fəlakətlərə cavabvermə, riskin azaldılması və ilk yardım üçün hüquqi bazaların gücləndirilməsi” və “Səhiyyə Təhlükədə: səhiyyə xidmətlərinin çatdırılmasının qorunmasına davam etmək” kimi bir sıra yeni qətnamələr də qəbul olunmusdur.

 

9 dekabr 2015-ci il tarixində AzQAC-nin nümayəndə heyəti Türkiyə Qızıl Aypara Cəmiyyətinin və Israilin Magen David Adom Milli Cəmiyyətinin nümayəndə heyətləri ilə ikitərəfli rəsmi görüşlər keçirmişdir. Görüşlərdə Cəmiyyətlər arasındakı mövcud əməkdaşlıq münasibətləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

 

Beynəlxalq Hərəkatın 32-ci Beynəlxalq Konfransı zamanı Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin gənclərinin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF) Vitse-Prezidenti xanım Annemaria Hubert Hotz və BQXQACF-nın Icraçı Katibin müavini cənab Robert Tickner ilə görüşləri keçirilmişdir.  Görüşlərdə AzQAC-ni Gənclər Komitəsinin nümayəndəsi Nailə Ömərova təmsil edirdi.

 

Beləliklə, 11 dekabr 2015-ci il tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının  Nizamnaməvi görüşləri sona çatdı. Qeyd edək ki, Nizamnaməvi görüşlər zamanı BQXQACF-nin XX Baş Assambleyası, Beynəlxalq Hərəkatın Nümayəndələr Şurası və Beynəlxalq Hərəkatın 32-ci Beynəlxalq Konfransının iclasları keçirilmişdir. Beynəlxalq Hərəkatın Nizamnaməvi görüşlərində AzQAC Icraçı Katib Bayram Vəliyev, Icraçı Katibin müavinləri Şaban Şayev, Ceyhun Mirzəyev, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, Gənclər Komitəsinin nümayəndəsi Nailə Ömərovadan ibarət olan 4 nəfərlik nümayəndə heyəti ilə təmsil olunmuşdur. IMG_4067 IMG_4117

FullSizeRender IMG_4124

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.