2015-ci il noyabr ayının 28-dən dekabr ayının 4-nə kimi PPRD-East 2 Proqramı çərçivəsində Avropa Komissiyasının, Avropanın Mülki Müdafiə üzrə 2 agentliyi Danimarka Fövgəladə Halların agentliyi (DEMA adlanan) və Finlandiya Krizislərin İdarə olunması agentliyi, Avstriya Qızıl Xaçının və CİMA adlı Elmi Axtarış Fondunun maliyyə və texniki dəstəyi ilə Danimarkanın Tinglev şəhərində təlimat təşkil olundu. Təlimatlar siyahısında bu təlimat DEMA FH Xidmətlərinin kollecində keçirilən dördüncü və sonuncudur. Təlimatda Cənubi Qafqaz (Azərbaycan, Gürcüstan və Ermənistan), Belarus, Moldova və Ukrayna ölkələrinin dövlət və qeyri-dövlət strukturlarının nümayəndələri iştirak edirdilər. Azərbaycan nümayəndəliyi Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemilogiya Mərkəzi (Radiasiya gigiyena şöbəsinin müdiri doktor Həşim Həşimov) və Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC-ın Prezidentinin müşaviri cənab Elşən Səlimzadə, AzQAC İcraçı Katibin müavini Səbinə Məhbubi-İran, AzQAC Föbqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri Fərid Seyidzadə) tərəfindən təmsil edildi.
PPRD-East 2 Proqramı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada təbii və texnogen fəlakətlərin mənfi təsirlərindən əhalinin mühafizəsi tədbirlərinin təkmilləşdirilməsi və Şərq Tərəfdaş ölkələrinin fəlakət risklərinin idarəedilməsi imkanlarının gücləndirilməsi üzrə Avropa İttifaqı tərəfindən maliyyənləşdirilən və irəli sürülən təşəbbüsdür. Artıq bu programın 1-ci fazası 2014-cü ildə başa çatmış və növbəti faza davam etməkdədir. Ölkə daxilində hər hansısa təbii və ya texnoqen fəlakətlər baş verdikdə onlara qarşı hazırlıqlı olmaq, düzgün cavab vermək və ya qarşısını almaq üçün müvafiq dövlət və qeyri-dövlət strukturların mövcud olması çox vacibdir. Eyni zamanda hadisənin miqyasından asıllı olub olmayaraq belə bir hallar bu müvafiq strukturların birgə fəaliyyət göstərmələri, imkanlarını səfərbər etmələri və göstərilən köməyin düzgün idarə etmələrini tələb edir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda PPRD East 2 proqramının əsas benefisiarı Fövqəladə Hallar Nazirliyidır (FHN). Bu proqramın çərçivəsində artıq bir sıra lazımı addımlar atılıb. Məsələn proqramın milli səviyyədə daha dərindən dəstəklənməsi və onun həyata keçirilməsi üçün müvafiq təşkilatların iştirakını təmin etmək məqsədilə Milli Məsləhət Qrupu (MMQ) yaradılıb, Elektron Regional Risklərin Atlasının (ERRA) hazırlanması sahəsində Avropa Birliyi (AB) ilə əməkdaşlıq qurulub, müxtəlif təlimlər və görüşlərdə iştirak təmin edilib. Azərbaycan Respublikasının 2007-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Konsepsiyası beynəlxalq təcrübəyə əsaslanır, o cümlədən NATO və AB-nin təcrübəsini nəzərə alan 4.3-ci bəndi fövqəladə halların idarə edilməsi, ekoloji təhlükəsizlik və səhiyyə ilə bağlıdır. Azərbaycanın radiasiya təhlükəsizliyi haqqında qanunu da daxil olmaqla müvafiq qanunvericiliy AB-nin qanunvericiliklərinə uyğun olaraq yenilənmişdir. Hal-hazırki vaxtda PPRD-East 2 programına uyğun olaraq Azərbaycanın Mülki Müdafiə və digər qanunvericiliyini müvafiq olaraq AB qanunvericiliyinə uyğunlaşdırmaq üçün addımlar atılır və bunun üçün tvinninq adlı layihələr istifadə olunur.
Cənubi Qafqaz (Azərbaycan, Gürcüstan və Ermənistan), Belarus, Moldova və Ukrayna ölkələrinin dövlət və qeyri-dövlət strukturlarının nümayəndələrinin iştirakı və təbii və texnogen fəlakətlər, mülki müdafiə məsələlərində aparıcı mütəxəssislərin (cənab Martin Tomson, cənab Maykl Emquist, cənab Vlad Petre, cənab Fil Lenqdeyl) idarəsi ilə keçirilən təlimatda yuxarıda sadalanan məsələlər, onların ölkələr daxilində inkişaf mərhələləri ətraflı müzakirə olundu. Mütəxəssislərin təqdimatlarında Avropa İttifaqının Mülki Müdafiə Mexanizmini təqdim edən təlim proqramı və təlim metodologiyası, Mülki Müdafiə potensialının gücləndirilməsi, Milli Dəstək Mərkəzi (MDM), Fəlakət riskinin idarə edilməsində könüllülüyün gücləndirilməsi, Milli səviyyədə fəlakət nəticəsində olan itkilərə dair məlumatlarının toplanması və işlənilməsinin yaxşılaşdırılması, Tərəfdaş dövlətlərdə Avropa Birliyinin Daşqın Direktivinə uyğunlaşma, Avropa Birliynin/İttifaqının/Komissiyasının iş mexanizmləri, Milli sahədə riskin qiymətləndirilməsinin inkişafı və təkminləşdirilməsi, Tərəfdaş ölkələrin qanunvericilik və institusional baxımından mülki müdafiə / fəlakət riski idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, Erkən Xəbərdarlıq Sisteminin inkişafı mövzularına dair açıqlamalar verildi. Bütün əməliyatlar vaxtında düzgün, dəqiq məlumatların toplanılması, şərh olunması və yayılması, əməliyyat aparan ölkələrin mədəniyyətı və mühiti haqqında biliklərin olmasının vacibliyi xüsusi olaraq vurğulandı. AB, Birləşmiş Millətlər Təşkilatı ilə yanaşı qigər böyük qurum olan və fövgəladə hallar zamanı aparıcı rol oynayan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Humanitar Məsələlər mövzusu çərçivəsində ətraflı təqdim olundu. Qeyd edildi ki, dünyanın 189 ölkəsini əhatə edən, öz missiya və mandatına uyğun olaraq fövqəladə hallarda və zavallığın azaldılmasında öz dəstəyini göstərən Hərəkat daimi digər qurumlarla sıx əməkdaşlıq edir.
Ölkələrdə Mülki Müdafiə və Risklərin İdarə olunması mexanizmləri ilə daha yaxından tanış olmaq üçün təlimatın aparıcıları tərəfindən ölkə nümayəndələrinə söz verildi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibinin müavini Səbinə Məhbubi-İran Azərbaycan Respublikasının FHN-nin verdiyi informasiya materiallarına əsasən iştirakçılara Azərbaycanda Mülki Müdafiə sistemi, Fəlakətlər zamanı Risklərin və Beynəlxalq Yardımın ölkə daxilində idarə olunma mexanizmlərinə dair ətraflı təqdimat etdi. Təqdimatda qeyd olundu ki, sadalanan sahələrdə aparıcı rol məhz FHN və ona daxil olan qurumlara məxsusdur. 2006-cı ildə yaranmış Nazirlik mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, müxtəlif hallarda təhlükəsizliyin təmin olunması, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən və eyni zamanda ölkəyə göstərilən və digər ölkələrə göstərilən beynəlxalq yadımların idarə olunması üzrə mərkəzi icra hakimiyyəti orqanıdır. Öz fəaliyyət istiqamətində FHN bir sıra öləkələrin müvafiq strukturları və o cümlədən ölkə daxilində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlıq üzrə razılaşmalar bağlamışdır. Misal olaraq 2006-ci ildə FHN və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında bağlanılmış razılaşmanı gətirmək olar.
Bütün təqdimatlar, çıxışlar video çarxların nümayişi ilə müşaiyət olunurdu.
Təlimat zamanı bir sıra maraqlı praktiki məşğələlər təşkil olundu və bu iştirakçılara aldıqları bilikləri möhkəmləndirməyə şərait yaratdı. Praktiki məşqələlərdən birini qeyd etmək maraqlı olardı və bu ölkədə baş vermiş təbii fəlakətin nəticəsində beynəlxalq yardımımn təşkil olunması və beynəlxalq xilas edici qrupun fəaliyyəti ilə bağlıdır. İştirakçılar məşğələ zamanı belə bir qrupu təmsil edərək bütün mərhələrdən keçib (Qəbul etmə və Qayıdış Mərkəzi, Təçhizat, Təhlükəsizlik və Kommunikasiya strukturlarının nümayəndələri ilə görüşlər) hər addımda müvafiq bilik və bacarıqların vacib olduqlarını bir daha dərk etdilər. Hər bir mərhələdən keçdikdə təlimatın aparıcıları tərəfindən şərhlər və məsləhətlər verilirdi.
Təlimatın təşkilatçıları tərəfindən iştirakçılar Tinglev şəhərində DEMA FH Xidmətlərinin kollecinin nəzdində fəaliyyət göstərən İkinci Dünya Müharibəsi dövründə Froslev adlı daxili məhbuslar üçün düşərgə olan və hal-hazırki vaxtda Mülki Müdafiə və Əhalinin Müdafiəsi müzeyi kimi fəaliyyət göstərən tarixi abidəyə baş çəkildi, orada İkinci Dünya Müharibəsindən bəri bu günə kimi Mülki Müdafiə sisteminin inkişaf dövrləri ilə tanış olmağa imkan yaradıldı.
Təlimatın sonunda bütün iştirakçılara Sertifikatlar təqdim olundu. İştirakçılar fürsətdən istifadə edərək təşkilatçılara, mütəxəssislərə yaradılan şərait və verilən biliklərə görə öz dərin təşəkkürlərini və gələcəkdə də belə bir təlimatlarda iştirak etmək arzularını bildirdilər.