Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) təşkilatçılığı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə AzQAC-ın Sumqayıt şəhər bölməsində “Qış geyimləri kampaniyası” keçirilib. Birləşmiş Ərəb Əmirlikləri səfirliyi vasitəsi ilə həyata keçirilən kampaniyadan AzQAC-ın Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan aztəminatlı şəxslər, ehtiyaclı ailələr, eyni zamanda Sumqayıtda yaşayan şəhid və qazi ailələri yararlanıblar. Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsində keçirilən bu kampaniyada BƏƏ səfirliyinin nümayəndələri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcracı katibinin müavinləri Elşən Səlimzadə, Xalidə İsgəndərova da iştirak edib.
Tədbiri giriş sözləri ilə açan AzQAC-ın Sumqayıt Regional Mərkəzin koordinatoru Mətanət Məhərrəmova qonaqları və tədbir iştirakcılarını salamlayıb, göstərilən humanitar dəstək ücün BƏƏ-nin nümayəndələrinə bölmə və benifisarlar adından minnətdarlığını bildirib.
AzQAC-ın İcracı katibinin müavini Elşən Səlimzadə də öz növbəsində tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, xoş arzularını bildirib.
Daha sonra siyahı üzrə benifisarlara geniş çeşidli ərzaq qutuları və qış geyimləri təqdim olunub. Ailələr də onları diqqətdə saxlayan xeyirxah təşkilat və səfirlik nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.