1676918565008 (2)

Vərəm əleyhinə QHT Koalisiyasının rüblük iclası keçirilib

17 fevral tarixində Səhiyyə Nazirliyi Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının təşkilatçılığı ilə Vərəm əleyhinə QHT Koalisiyasının rüblük iclası keçirilib.

Görüşdə Koalisiyaya üzv təşkilatların ötən rüb ərzində gördüyü işlər, həyata keçirdiyi layihələr təqdim olunub,  Qlobal Fonda növbəti 3 illik maliyyə tələbində QHT-lərin prioritetləri, hədəfləri  və təklifləri müzakirə edilib,  Ölkədə vərəmlə bağlı epidemioloji vəziyyət və çətinliklərin həlli istiqamətində görülməsi planlaşdırılan işlər müzakirə edilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Koalisiyanın üzvü olaraq, ölkədə  vərəm sahəsində maarifləndirilmə, xəstələrə psixo-sosial sahədə fəaliyyətləri həyata keçirir.  Bununla yanaşı, Koalisiyanın üzvləri Ölkə Əlaqələndirilmə Komissiyasının iclaslarında mütəmadi olaraq ölkədə vərəm sahəsində həyata keçirilən tədbirlərin gedişi barədə müzakirələrdə  iştirak edir,  həyata keçirdiyi  fəaliyyətlərə dair aylıq və rüblük hesabatları təqdim edir.

Görüşdə AzQAC-in Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva AzQAC-ın Sağlamlıq sahəsində həyata keçirdiyi fəaliyyətlər barədə təqdimatla çıxış edib. Təqdimatda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyas və ÜST Avropa arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində birgə Fəaliyyət Planı hazırlamaq barədə Cənubi Qafqaz, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və ÜST-nin Azərbaycan üzrə Ölkə Ofisi arasında Memorandumun imzalanması, Cəmiyyətin nümayyəndələrinin sağlamlıq üzrə Beynəlxalq Federasiyanın təlimlərində iştirakı, miqrasiya sahəsində fəaliyyətləri,  qanvermə aksiyalarının təşkili, sağlamlıq üzrə işçi qrupun görüşləri kimi əhəmiyyətli mövzularda məlumatlar yer alıb.

ca04dc36be5e4bcfac4fc1a5e4d968d01722023423121 (2) 1676918565008 (2)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.