Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) həyata keçirdiyi humanitar fəaliyyətlərin bir hissəsi olaraq AzQAC-ın regional mərkəzləri və rayon bölmələri tərəfindən mütəmadi olaraq ehtiyaclı insanlara humanitar yardımlar göstərilir.
Cəmiyyətin Bakı regional mərkəzi də öz növbəsində daimi olaraq aztəminatlı ailələrə və ehtiyaclı insanlara dəstəyini davam etdirir. Belə ki, regional mərkəz tərəfindən Oğuz rayonunun Xaçmaz kənd məktəbində məktəblilər üçün hədiyyə və məktəb ləvazimatları paylanılıb.