22 fevral tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində II NPVY üzrə işçi qrupunun iclası keçirilib.
Görüş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri və Nağd Əməliyyatlar üzrə məsul şəxsi Nuranə Qasımzadə və Beynəlxalq Federasiyanın Azərbaycandakı Nağd əməliyyatlar üzrə nümayəndəsi Hanifi Kınacının moderatorluğu və təqdimatı ilə baş tutub.
Görüş zamanı NPVY layihəsinin monitorinq nəticələri, 2022-ci il üzrə NPVYH prosesinin icmalı, çətinliklər və yaxşı təcrübələr, 2023-cü il üçün təkliflər, məlumat-elan , öyrənilən dərslər üzrə müsahibələr (geri bildirim), Beynəlxalq Federasiyanın NPVY nümayəndəsinin yeni təyinatı haqqında müzakirələr aparılıb.