foto (102)

Sumqayıt şəhərində 1 Mart  Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

Sumqayıt şəhərində 1 Mart  Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub. Tədbirin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi, bu sahədə əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, eləcə də fərdi mühafizə vasitələrindən istifadə vərdişlərinin aşılanması olub. “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında keçirilən praktiki təlimdə Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının şəxsi heyəti və texnikası ilə yanaşı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Sumqayıt şəhər bölməsinin Fövqaladə Mobil Könüllü Dəstəsinin üzvləri, Sumqayıt Tibb Mərkəzinin Mülki Müdafiə bölməsinin mütəxəssisləri, Təcili Tibbi Yardım Xəstəxanasının, eləcə də Təcili Təxirəsalınmaz Yardım Stansiyasının həkimləri, texnika və tibbi avadanlıqlarla iştirak ediblər.

Tədbirdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə, müəsssisə, təşkilat rəhbərləri və aidiyyatı qurumların əməkdaşları iştirak edib.

Vurğulanıb ki, bu cür təlimin keçirilməsinin əsas məqsədi şəhər ərazisində olan qüvvələrin hazırlıq səviyyəsini, Mülki Müdafiə dəstələrinin fövqəladə hadisələrə qarşı nə dərəcədə hazır olduqlarını nümayiş etdirməkdir.

Daha sonra hazırlıq prosesləri izlənilib.

foto (110) foto (109) foto (102)foto (86)foto (48) 1foto (92) foto (52) 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.