Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn “MƏKTƏBDƏ” layihəsi çərçivəsində AzQAC prezidenti, millət vəkili cənab Novruz Aslanov məzunu olduğu 201 nömrəli tam orta məktəbin qonağı oldu. Öncə məktəb direktoru Afaq xanım Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Xuraman xanım Süleymanova və “Kaspi” qəzeti və Kaspi. az saytının müxbir Təranə xanım Məhərrəmova ilə görüş keçirildi. Daha sonra Novruz Aslanov 201 nömrəli məktəbin şagird və müəllim heyyəti ilə akt zalında bir araya gəldi.Novruz Aslanov ilk olaraq ictimai siyasi həyatı və bəstəkar kimi fəaliyyəti barədə danışdı. Daha sonra şagirdlər tərəfindən müxtəlif mövzularda suallar verildi və həmin sualları cavablandırdı. Onlara gələcəyə dair tövsiyyələr verdi. Şagirdlərlə səmimi söhbətdə Novruz Aslanov onlara vətən torpaq sevgisini, mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarından danışdı. Sonda hədiyyələr təqdim olundu və xatirə şəkili çəkildi.
1 votes