IMG-20230313-WA0045

Tibb kurslarının  iştirakçıları üçün “FH zamanı ictimai səhiyyənin prinsipləri” adlı seminar keçirilib  

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) 2021-2025-ci illər üzrə strateji planına uyğun olaraq, Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Respublikada əhalinin sağlamlığının müdafiəsinə dair Fövqəladə Hallar (FH) zamanı içtimai səhiyyə, yoluxucu xəstəliklər, qeyri-yoluxucu xəstəliklərlə mübarizə, ilk yardım, ilkin psixoloji  yardım sahələri  üzrə geniş maarifləndirici tədbirlər həyata keçirilir. Bu tədbirlər yerli dövlət və QHT-lərlə əməkdaşlıq çərçivəsində  təşkil olunur. Tədbirlərin məqsədi insanların sağlamlıqla bağlı bilik və bacarıqlarının artırılmasıdır.

Belə ki, 13 mart tarixində Suraxanı rayonunda fəaliyyət göstərən “İsabət” abituriyent kursları nəzdində tibb kurslarının iştirakçıları üçün “FH zamanı ictimai səhiyyənin prinsipləri”  adlı seminar təşkil olunub. Tibb kursunun müəllimi həkim Afət  Məmmədovanın təşəbbüsü ilə təşkil olunan seminar AzQAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının  əməkdaşı Mətanət Qaraxanova tərəfindən keçirilib. Seminarda ictimai səhiyyəyə dair geniş məlumatlar təqdim edilib, FH-nin xüsusiyyətləri,  insan sağlamlığına təsirlər edən amillər, sağlamlıqla bağlı yaranan vəziyyətlər, stressin yaranma səbəbləri, FH-da  xidmət və yardımların təşkili, icmaların bacarıqlarının müəyyən edilməsi kimi məlumatlar yer alıb.

IMG-20230313-WA0052 IMG-20230313-WA0051 (1) IMG-20230313-WA0046 IMG-20230313-WA0045 IMG-20230313-WA0044

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.