20151215_155846

Miqrant üçün sevinc dolu bir gün

 

 

Hər  bir ölkədə olduğu kimi, Azərbaycanda  da miqrasiya  ilə bağlı olan problemlər daimi gündəmdədir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ölkədə yaşayan xarici məcburi köçkün, tələbə və əmək miqrantlarının ehtiyaclarını, onların yaşayış imkanlarını qiymətləndirmək məqsədilə mütəmadi olaraq onlarla görüşüb sorğular aparılması bir ən-ənə halını almışdır.

Cəmiyyət tərəfindən təmənnasız olaraq təşkil olunmuş Azərbaycan dili kursunun miqrant müdavimləri bu fəaliyyətin əsas hədəf obyektidirlər. Bu müdavimlərdən ikisi də Nigeriya respublikasından gəlmiş, Azərbaycan Dövlət Tibb Universitetinin ümumi müalicə fakültəsinin İ kurs tələbələri  Daniel İjauka və Natharian Markusdur.Onlar oktyabr ayında AzQAC baş ofisinə müraciət edərək  bizim cəmiyyətin  könüllüsü olmaq arzularını və azərbaycan dili öyrənmək istəklərini bildirmişlər.

Onlar İcmada Sağlamlıq və qayğı layihəsinin koordinatoru Mətanət Qaraxanova və Miqrasiya şöbəsi əməkdaşları ilə görüşmüş, migrantlara azərbaycan dili müəllimi Sona Hacıyeva tərəfindən dərslərə qəbul edilmişlər. M. Qaraxanova  və  S. Hacıyeva  onları artıq Sabunçu yerli bölməsində və Gənclərin Sülh  şəbəkəsinin nəzdində HİV mövzusunda təşkil etdikləri seminarlara dəvət etmiş və geniş auditoriyaya təqdim etmişlər. Onlar öz ölkələrindəki təcrübələrini iştirakçılarla bölüşmüşlər.

 

Dekabrın 15-də Miqrasiya  şöbəsinin müdiri Məmməd Kətanov, müəllimə Sona Hacıyeva və Layihə Koordinatoru Mətanət Qaraxanova  təşəbbüs  edərək Daniel İjaukanın ad gününü sürpriz olaraq AzQAC ofisində kollektiv üzvlərinin iştirakı ilə şirniyyat süfrəsi arxasında qeyd etmiş və miqrant tələbəni hədsiz dərəcədə sevindirərək təəccübləndirmişlər. Kollektiv üzvləri Danieli təbrik edərək ona xoş sözlər söyləmişlər.İlk yardım sektorunun rəhbəri doktor Vurğun Həsənov tələbəyə belə bir qaygıkeş insanlarla əhatə olunduqları üçün onların çox şanslı olduqlarını söylədi.

Tələbələr bu gözlənilməz addımdan mütəəssir olduqlarını bildirərək Cəmiyyətin prezidenti Novruz Aslanov başda olmaqla AzQAC-nə dərin təşəkkürlərini ifadə etmiş və bu günü hər vaxt xatırlayacaqlarını və valideynlərinin də diqqətinə çatdıracaqlarını söyləmişlər.

 

Gəlin hər an, hər yerdə mərhəmətli və insanpərvər olaq!20151215_155946 20151215_160158

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.