28 martda TB PEOPLE beynəlxalq təşkilatının Azərbaycandakı rəsmi nümayəndəsi və Azərbaycan Vərəməleyhinə Koalisiyasının tərəfdaşı “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin “Vərəmin təsirinə məruz qalmış insanların hüquqları haqqında Bəyannamə” ilə bağlı marifləndirmə layihəsinin təqdimatı tədbirində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Koalisiya təmsilçisi olaraq iştirak etdik.
Bu Bəyannamə Vərəmin təsirinə məruz qalmış insanların qlobal birliyi tərəfindən onların yaşam hüququndan başlamış əmək, təhsil, informasiya alma, ləyaqət, hər hansı diskriminasiyadan azadlıq və bərabərlik, azad yerdəyişmə, konfidensiallıq, ailə azadlığı, iştirakçılıq, azad fikir bildirmə, social təminat və bir çox digər social hüquqi maddələrin cəmləşdiyi 24 maddədən ibarət mükəmməl bir hüquqi sənəddir.
Bəyannamə 2019-cu ildə“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi” tərəfindənAzərbaycan dilinə tərcümə edilmişdir.
Tədbiri giriş sözü ilə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi”nin direktoru Çingiz Ramazanlı açaraq Bəyannamənin əhəmiyyətindən və Birliyin gördüyü işlərdən danışdı. Sənədin rayonlarda ictimaiyyata təqimat seminarlarından hazırlanmış video-çarx da nümayiş etdirildi. Sonra Sağalmış Vərəmli xəstələr öz tarixçələrini danışaraq Bəyannamənin bəndlərini təqdim etdilər.
Tədbirdə Beynəlxalq Qızıl Xaç komitəsinin Cəzaçəkmə yerlərinə baş çəkmə üzrə mütəxəssisləri Agne Noviçka, Mohammad Şakir və Zəlimxan Mestoyev də çıxış edərək qeyd etdilər ki, bu hüquqi sənədin vərəmli məhkumların müalicə, sağalma və cəmiyyətə inteqrasiyasında böyük rolu olacaq.
Azərbaycan Qızıl Aypara Cəmiyyətini Sona Hacıyeva və Mətanət Qaraxanova təmsil etdilər.
İştirakçılar tədbirə böyük maraq göstərərək interaktiv təqdimatda sual-cavabla fəal iştirak etmişlər.
Sonda xatirə şəkilləri çəkildi və tədbirin təşkilatçılarına bu məhsuldar görüş üçün minnətdarlıq edildi.