30 Mart 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “LU-MUN” holdinq arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində görüş baş tutub.
Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, vitse-prezident Qafar Əsgərzadə və LU-MUN holdinqin idarə heyətinin sədri Rüfət Tabasaranskiy iştirak edib.
Görüş çərçivəsində hər iki qurumun humanitar sahədə nə qədər diqqətli, ciddi və yeni layihələrə açıq olduqları müzakirə edilib. Hər iki qurumun rəhbər şəxsləri keçmişdə və hal-hazırda gördükləri işlərdən və yeni planlardan söhbət açıb, gələcək layihələr üçün fikir mübadiləsi ediblər.
Görüşün sonunda isə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “LU-MUN” holdinq arasında qarşılıqlı əməkdaşlıq anlaşması imzalanıb. Bu anlaşma çərçivəsində hər iki qurum gələcək humanitar layihələrdə birlikdə hərəkət edəcəklər.