18 aprel 2023 tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlər Federasiyasının PSPSD (psixi sağlamlıq və psixososial dəstək )üzrə nümayəndəsi Xanım Alaa Alnassev və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin PSPSD üzrə əlaqələndirici şəxs Nigar Qədəşova AzQAC Bakı Regional Mərkəzində qonaq oldu.
Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova görüş haqqında məlumat verdi. Xanım Alaa Alnassevi maraqlandıran suallarla bölmə könüllülərinə müraciət etdi və alınan cavablardan sonra görülən çoxsaylı fəaliyyət üçün bölmə rəhbərinə və könüllülərə minnətdarlığını bildirdi.