2023cü il 14 aprel tarixində Azərbaycan Vərəmlə mübarizə QHT Koalisiyası və
“Sağlamlığa Xidmət” İctimai birliyinin (İB) təşəbbüsü ilə Tovuz rayon İcra
Hakimiyyəti, Tovuz Gənclər evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə
24 Mart – Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş maarifləndirmə
tədbiri keçirilmişdir.
Tədbirdə Tovuz rayon içtimayyəti, tibb işçiləri, gənclər iştirak etmişlər. Tovuz
rayon İcra Hakimiyyətinin nümayəndəsi Akif Ələkbərov İcra Başçısı Məmməd
Məmmədov adından tədbir iştirakçılarını salamlayaraq rayonda infeksion
xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsinin çox vacib olduğunu
vurğuladı. “Sağlamlığa Xidmət” İB-in icraçı direktoru Pərvanə Vəliyeva
Koalisiyanın gördüyü işlər və layihələr barədə təqdimatla çıxış etdi. Koalisiya sədri
Elçin Muxtarlı vərəmin dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlik
olduğunu bildirərək, qeyd etdi ki, ötən il dünyada 1,6 milyon insan vərəmdən
dünyasını dəyişib. Vərəm haqqında, onun yoluxma yolları, profilaktikası barədə
məlumatları təqdim etdi.
Azərbaycan Vərəmlə mübarizə QHT Koalisiyasında AzQAC-in təmsil edən
miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva və “İcmaya əsaslanan sağlamlıq”
proqramının mütəxəssisi, təlimçi Mətanət Qaraxanova tədbirdə iştirak etmişlər.
Tədbir iştirakçılarına Ümumdünya Səhiyyə Təşkilatının vərəmlə bağlı son
məlumatlar barəsində M.Qaraxanova geniş təqdimatla çıxış etmişdir. Sona
Hacıyeva isə cəmiyyətdə vərəmlə mübarizə tədbirlərinin təşkil olunmasına dair
tövsiyələri səsləndirərək, hərkəsi fəal iştirak etməyə çağırdı. Tədbirdə AzQAC-in
Tovuz RB sədri və könüllüləri iştirak etmişlər.
Tədbirin sonunda sonunda iştirakçıların sualları cavablandırıldı, fikir mübadiləsi
aparıldı.