25 may 2023-cü ildə, AzQAC-ın Sağlamlıq və Qayğı söbəsinin rəhbəri və İlk Yardım proqramı üzrə əlagələndirici şəxs Əminə Cabbarova 2030-cu il üçün İlk Yardımın İcmalı təqdimatını Milli Cəmiyyətinin əməkdaşlarına təqdim edib. İlk Yardımın (İY) İcmalı sənədinin yaranmasında texniki dəstək BFQXQAC-in Sekretariatı, BQXK, müxtəlif Milli Cəmiyyətlər və Qlobal İlk Yardım Referans Mərkəzi tərəfindən verilmişdir və bu sənəd İY üzrə dayanıqlı fəaliyyəti nəzərdə tutur.
Təqdimatda BFQXQAC-in Sağlamlıq üzrə koordinatoru Nana Tsanava, Türk Kızıl Ayın Azərbaycan Deleqasiyanın rəhbəri Mustafa bəy Süngər də iştirak ediblər.
Təqdimatdan sonra İY üzrə 6 prioritet istiqamət üzrə dəyirmi masa müzakirələri aparılıb. Milli Cəmiyyət tərəfindən gələcəkdə inkişaf etdirmək üçün 2 prioritet istiqamət seçilib: icmaya əsaslanan İY və məktəblərdə İY təhsili. Bu istiqamətləri inkişaf etdirmək üçün ölkə üzrə siyasət və müxtəlif qurumlar ilə əməkdaşlıq barədə müzakirələr aparılıb.
BFQXQAC-nın Sağlamlıq üzrə koordinatoru Nana Tsanava İY İcmalının həyata keçirilməsi üçün operativ və ardıcıl addımların atılmasının vacibliyini vurğulayıb.
Türk Kızıl Ay Azərbaycan Deleqasiyanın rəhbəri Mustafa bəy Süngər Türkiyədə mövcud olan İY sistem barəsində danışdı və Prehospital Emergency Care və Sübutlara əsaslanan İY üzrə tədqiqatların vacibliyini qeyd edib.
Daha sonra Psixoloji İY mövzusu müzakirə edilib. BFQXQAC-nın PSPSD proqramının rəhbəri Alaa Alnasser Psixoloji İlk Yardımın komponent olaraq hər bir proqramda həyata keçirilməsinin zəruriyyəti haqqında çıxış edib.
Yekun olaraq, 2030-cu il üzrə İY İcmalının məqsədinin qlobal əhəmiyyəti vurğulanıb: “Hər bir evdə, iş yerində və hər bir məktəbdə İY mövzusunda təlim keçmiş ən azı 1 nəfər olmalıdır”.