2023-cü il iyunun 9-da AzQAC-ın baş ofisində Cəmiyyətin rəhbər heyəti və kollektivi Türk Kızıl Ay Cəmiyyətinin Azərbaycandakı (Qafqaz bölgəsi) Nümayəndəliyinin rəhbəri Mustafa Süngər ilə missiyasının başa çatması ilə əlaqədar görüş keçirib.
Görüş zamanı AzQAC-ın vitse-prezidentləri Qafar Əsgərzadə, Rövşən Əliyev, Əziz Qocayev, şöbə müdiri Nuranə Qasımzadə çıxış edərək, Mustafa Süngərin fəaliyyətindən söz açıblar, ona gələcək işlərində uğurlar diləyiblər.
Q.Əsgərzadə Mustafa Süngərə onun Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının inkişafında, eləcə də Türk Qızıl Ay Cəmiyyəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında əlaqələrin möhkəmləndirilməsində göstərdiyi fəallığa görə fəxri fərmanı təqdim edib.
Mustafa Süngər öz çıxışında onun fəaliyyətinə verilən yüksək qiymətə görə, eləcə də çıxışlarda ünvanına səslənən xoş sözlərə və arzulara görə hər kəsə dərin minnətdarlığını bildirib.