IMG-20230613-WA0045

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı Regional Mərkəzi rayon bölmələri üçün “İcmaya əsaslanan sağlamlıq” proqramı üzrə təkmilləşdirici seminar keçirdi

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı Regional Mərkəzi rayon bölmələri üçün “İcmaya əsaslanan sağlamlıq” proqramı üzrə təkmilləşdirici seminar keçirdi. Seminarda icmaya əsaslanan səhiyyə, maarif işi, könüllü qan donorluq təbliğatı, ilk yardım və ilk psixoloji yardım, yoluxucu xəstələrlə mübarizə sahələri haqqında  bilikləri İcmaya əsaslanan proqramın mütəxəssisi, təlimçi Mətanət Qaraxanova təqdim etdi. Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi  və başqa dövlət qurumları ilə memorandum əsasında aparılan işlər barəsində qeydlər olundu. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və Qayğı şöbəsinin müdiri olan Əminə Cabbarova seminar iştirakçılarına qlobal ilk yardım strategiyalarını açıqladı, xüsusi olaraq  təhsil müəssisələrində 2030 – cu ilə qədər ailədə, məktəbdə 5-18  yaş arası şəxslər arasında bu sahədə biliklərin olmasının vacibliyini vurğuladı.

IMG-20230613-WA0045 IMG-20230613-WA0054 IMG-20230613-WA0047 IMG-20230613-WA0044 IMG-20230613-WA0055 IMG-20230613-WA0050

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.