14 İyun 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında Mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr haqqında görüş keçirilib.
Görüşün əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr haqqında planlaşma, görülən işlər barəsində müzakirələrin aparılması və gələcək əməkdaşlıq haqqında müzakirələr olmuşdur.
Görüşdə AzQAC tərəfindən Cəmiyyətin icraçı katibi Ceyhun Mirzəyev, icraçı katibin müavini Elşən Səlimzadə, Silahlara Qarşı Mübarizə proqramının koordinatoru Məmməd Kətanov və AzQAC-ın tərəfdaşlıq koordinatoru Nigar Rüstəmzadə, BQXK tərəfdən isə silahların yaratdığı təhlükələr (SYT) şöbəsinin regional məsləhətçisi Reuben James Mccarthy, Bishnu Mahat, əməkdaşlıq şöbəsindən Agueda Guilar və Rəvanə Həsənli, SYT şöbəsinin əməkdaşları Nicat Məmmədov, Çingiz Rəhmanov və Rövşən Hümbətov iştirak ediblər.
Görüşü açılış sözü ilə açan Ceyhun Mirzəyev hərkəsi salamlayaraq minaların və partlamamış hərbi sursatların təhlükələri haqqında geniş məlumatlar vermiş, bu mövzuda əməkdaşlıq çərçivəsində keçirilmiş Qapı-Qapı sesiyaları, Forum Teatr Məşğələsi, Məktəb sesiyaları haqqında danışıb. Sonra Məmməd Kətanov öz çıxışı zamanı bu sahədə görülən işlər haqqında geniş təqdimat edib. Daha sonra BQXK məsul nümayəndələrinin çıxışı zamanı AzQAC-la əməkdaşlıq çərçivəsində xeyli fəaliyyətlər həyata keçrildiyi vurğulanıb.
Sonra iştirakçılar qruplara bölünərək müzakirələr aparıblar.
Sonda BQXK-nin silahların yaratdığı təhlükələr (SYT) şöbəsinin regional məsləhətçisi Reuben James Mccarthy hərkəsə görüşdə iştirak etdiklərinə görə təşəkkür edib və xatirə şəkili çəkilib.