May və iyun ayları üzrə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi birgə olaraq keçmiş təmas xəttinə yaxın kəndlərdə “Mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr” mövzusunda Füzuli rayonunun Alıxanlı kəndində Forum Teatr məşğələsi və məktəb sessiyası həyata keçirib.
Həmçinin Goranboy rayonunun Tapqaraqoyunlu kəndində də Qapı-Qapı sessiyası, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr və təhlükə ilə qarşılaşıldığı zaman atılacaq addımlar haqqında Cəmiyyətin könüllüləri tərəfindən yayım sessiyası həyata keçirilib.
Tədbirdə Cəmiyyətin Silahlara Qarşı Mübarizə proqramına məsul şəxs Məmməd Kətanov, BQXK-nın Silahların Yaratdığı Təhlükələr şöbəsinin əməkdaşları Nicat Məmmədov, Çingiz Rəhmanov, rayon bölmə sədrləri və könüllüləri iştirak ediblər.