Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2021-2025-ci il strateji inkişaf planına əsasən Cəmiyyətimizin təşkilatı inkişaf istiqamətində yerli bölmələrin inkişafı ilə əlaqədar keçmiş təmas xətti boyunca yerləşən 6 rayonda “Fövqəladə hallar zamanı təhsilə əl çatanlıq” layihəsi aparılıb. Bu layihə Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç Komitəsi və Norveç Qızıl Xaç Komitəsinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.
Layihə ilə əlaqədar olaraq, 06.06.2023- 14.06.2023 il tarixlərində Qazax, Tovuz, Ağdam, Tərtər, Füzuli, Bərdə rayonlarının məktəblərində hər rayonda 1 məktəb olmaqla 120 şagird arasında 30 ədəd kiçik proyektlərin yazılması öyrədilib. Yazılan 30 layihəyə baxış keçiriləcək və hər rayondan uyğun 2 layihə seçilərək həyata keçiriləcək.
Layihənin məqsədi: İştirakçıların normalda müzakirə etmədikləri mövzular barəsində açıq və səmimi şəkildə danışmaları və beləliklə, özləri və münasibətləri haqqında yeni məqamları öyrənmələridir.