15-17 iyun 2023-cu il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti “CELT” kurslarında ilk yardım biliklərini yaymaq məqsədilə 3 günü əhatə edən İlk Yardım təlimləri keçirib.
İlk öncə Sağlamlıq və Qayğı şöbəsinin müdiri Əminə Cabbarova tələbələrə Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri barədə ətraflı məlumat verib.
3 günlük İlk Yardım təlimi Dr. Şahin Biləndəri tərəfindən həyata keçirilib. Təlim zamanı iştirakçılara ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr, yanıqlar kimi əhəmiyyətli mövzular haqqında geniş məlumat verilib və praktiki nümayişlər göstərilib.