1

Azərbaycanda Sosial iş üzrə illik konfrans keçirildi.

Azərbaycanda  son illər ərzində  sosial iş sahəsinin inkişafı müşahidə olunur. Azərbaycan Respublikası  əmək və əhalinin social müdafiəsi nazirliyi social iş sahəsində daha çox işlərin həyata keçirilməsində vacib rol oynayan  təşkilatdır. Bununla yanaşı  bir neçə ali təhsil ocaqlarında social iş üzrə mütəxəssislərin hazırlanması da həyata keçirilir.

2016-cı il  8 yanvar tarixində Azərbaycan Sosial Iş Ictimai Birliyi ənənəvi olaraq illik konfransını keçirib. Bu ilki konfrans Azərbaycanda Sosial iş təhsilinin 10 illiyinə həsr olunmuşdur və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Azərbaycanda Sosial Xidmət Təminatı Tvinninq layihəsinin icrasında yaxından iştirak edən Avstriya Sosial İşçilər Assosiasiyası tərəfindən dəstəklənmişdir. Birliyin idarə heyyətinin üzvü və həmtəsisçisi,eyni zamanda hazırki sədri Aytəkin Hüseynli cıxış etmişdir. Konfransda Birliyin icraçı direktoru Lamiyə Rzayeva tərəfindən  il ərzində görülmüş işlərdən, bir illik hesabatı teqdim olunmuşdur. 70 nəfərin iştirakı ilə keçən konfransda Azərbaycan Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri və digər dövlət qurumlarının, yerli və beynəlxalq təşkilatların, o cümlədən sosial iş tədris proqramı olan dövlət və özəl ali təhsil müəssisələrinin – Bakı Dövlət Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, sosial iş ixtisası üzrə təhsil alan tələbələri və məzunları iştirak etmişdirlər.

Konfrasda ölkədə sosial iş təhsili və təcrübəsi sahəsində görülən işlər, əldə olunan nailiyyətlər, əsas çətinliklər və həlli yolları müzakirə olunmuşdur
Konfransda Azərbaycanda Tvinninq layihəsinin müşaviri Herbert Poulişin və Buxarest Universitetinin professoru, Ruminiya Sosial İşçilər Assosiasiyasının direktoru, eyni zamanda sözügedən tvinninq layihəsinin əsas ekspertlərindən biri Ana Raduleskonun çıxışı dinlənilmişdir.

AzQAC-ın  Sağlamlıq və qayğı, Miqrasiya şöbələrinin, Sumqayıt Şəhər və Sabuncu,  Nəsimi, Yasamal Rayon Bölmələrinin  işçi heyəti və könüllüləri  bu konfransda iştirak edib,  ölkədə sosial iş sahəsində öz təcrübələri (yerli bölmələr vasitəsi ilə  həyata keçirilən tibbi-sosial, humanitar xidmətlər, tələbələrin istehsalat təcrübəsi və s.) haqqında təqdimat edərək, mövzu ilə bağlı irad və təkliflərini söylədilər. Çıxışlardan sonra konfrans iştirakçılara verilən suallar və müzakirələrlə davam etdi.   (https://www.facebook.com/AzerbaijanSocialWorkPublicUnion)1 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.