P1070620

2016-cı ildə əməkdaşlıq çərçivəsində fəaliyyətlər davam edir

AzQAC əmkdaşlıq  etdiyi müxtəlif dövlət və QHT ilə  BQXQA Hərəkata dair təbliğat yönümlü   tədbirləri (görüşlər, seminar, təlim, rəsm müsabiqələri və s.) təşkil edir. 5 ildən artıqdır ki, Cəmiyyət  Ombudsman apparatının nəzdində yaradılmış Azərbaycan Uşaq və Gənclər “Sülh” Şəbəkəsi ilə əməkdaşlıq edir. Qeyd etmək lazımdır ki, adı çəkilən təşkilatın üzvləri (yeniyetmələr və gənclər) müxtəlif sahələr üzrə (sağlamlıq, uşaq hüquqları, qadın zorakılığı, ekologiya, erkən nigahlar və s.)  bir çox Milli  və Beynəlxalq  layihələri həyata keçirərək, uğurlar qazanmışlar. Şəbəkəyə Bakının müxtəlif məktəb və liseylərdə təhsil alan şagirdlər üzv olurlar. Hər il yeni üzv olan  şagirdlərin sayı artır. Əməkdaşlıq müddətində hər il  Şəbəkənin üzvləri  AzQAC-in sağlamlıq, miqrasiya və digər proqramları çərçivəsində həyata keçirilən könüllü qan donorluğu, 7 Aprel Ümumdünya Sağlamlıq Günü, 1 Dekabr Ümumdünya AİDS-lə mübarizə Günü, Beynəlxalq Yol Hərəkatı Həftəsi, İnsan alveri, Ümumdünya Miqrantlar Gününə həsr edilən rəsm müsabiqəsi  və s.  tədbirlərə cəlb olunub, fəal iştirak edən yeniyetmələr isə AzQAC- tərəfindən  mükafatlanmışlar.

2016-cı ildə də bu əməkdaşlığın davam olunması nəzərdə tutulub. Belə ki, 2016-ci ilin 10 yanvar  tarixində şəbəkənin yeni üzvləri üçün Beynəlxalq  Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, Hərəkatın 7 Fundamental Prinsiplərinə dair seminar təşkil olunmuşdur.  Seminarda 50 nəfərdən çox uşaq və gənclər iştirak etmişlər.  AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova tərəfindən  Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatı və Fundamental prinsipləri, AzQAC fəaliyyət istiqamətləri barədə prezentasiya şəklində məlumatlar tarixi  faktlara əsaslanaraq, təqdim edilmişdir. İştirak edən məktəblilərdən bir çoxu, onların təhsil alan müəssisələrdə bu kimi seminarların təşkil olunması,  eləcədə AzQAC-in könüllüsü olmaq arzusunu bildirmişlər. Sonda şagirdlərə Cəmiyyətin hazırladığı  əyani vəsaitləri  paylanıldıP1070619

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.