AzQAC əmkdaşlıq etdiyi müxtəlif dövlət və QHT ilə BQXQA Hərəkata dair təbliğat yönümlü tədbirləri (görüşlər, seminar, təlim, rəsm müsabiqələri və s.) təşkil edir. 5 ildən artıqdır ki, Cəmiyyət Ombudsman apparatının nəzdində yaradılmış Azərbaycan Uşaq və Gənclər “Sülh” Şəbəkəsi ilə əməkdaşlıq edir. Qeyd etmək lazımdır ki, adı çəkilən təşkilatın üzvləri (yeniyetmələr və gənclər) müxtəlif sahələr üzrə (sağlamlıq, uşaq hüquqları, qadın zorakılığı, ekologiya, erkən nigahlar və s.) bir çox Milli və Beynəlxalq layihələri həyata keçirərək, uğurlar qazanmışlar. Şəbəkəyə Bakının müxtəlif məktəb və liseylərdə təhsil alan şagirdlər üzv olurlar. Hər il yeni üzv olan şagirdlərin sayı artır. Əməkdaşlıq müddətində hər il Şəbəkənin üzvləri AzQAC-in sağlamlıq, miqrasiya və digər proqramları çərçivəsində həyata keçirilən könüllü qan donorluğu, 7 Aprel Ümumdünya Sağlamlıq Günü, 1 Dekabr Ümumdünya AİDS-lə mübarizə Günü, Beynəlxalq Yol Hərəkatı Həftəsi, İnsan alveri, Ümumdünya Miqrantlar Gününə həsr edilən rəsm müsabiqəsi və s. tədbirlərə cəlb olunub, fəal iştirak edən yeniyetmələr isə AzQAC- tərəfindən mükafatlanmışlar.
2016-cı ildə də bu əməkdaşlığın davam olunması nəzərdə tutulub. Belə ki, 2016-ci ilin 10 yanvar tarixində şəbəkənin yeni üzvləri üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, Hərəkatın 7 Fundamental Prinsiplərinə dair seminar təşkil olunmuşdur. Seminarda 50 nəfərdən çox uşaq və gənclər iştirak etmişlər. AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova tərəfindən Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatı və Fundamental prinsipləri, AzQAC fəaliyyət istiqamətləri barədə prezentasiya şəklində məlumatlar tarixi faktlara əsaslanaraq, təqdim edilmişdir. İştirak edən məktəblilərdən bir çoxu, onların təhsil alan müəssisələrdə bu kimi seminarların təşkil olunması, eləcədə AzQAC-in könüllüsü olmaq arzusunu bildirmişlər. Sonda şagirdlərə Cəmiyyətin hazırladığı əyani vəsaitləri paylanıldı