İclası giriş sözü ilə açan AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev inkişaf etmiş Milli Cəmiyyətlərdə gəlir-gətirmə və Fondların artırma sahəsindəki istiqamətləri iclas iştirakçıları ilə bölüşdü. İcraçı Katib bu sahədə Avropa və digər inkişaf etmiş ölkələrin təcrübələrindən yararlanmağın vacibliyini qeyd etdi. Həmçinin bu öhdəliyin Cəmiyyətin bütün işçilərinə aid olduğundan və buna dəstək olunmasının vacibliyindən danışdı. Komanda şəklində bu işin öhdəsindən gəlməyin daha asan olacağı fikrini Fandreyzinq şöbəsinin işçilərinə və bu şöbəyə dəstək olmaq üçün dəvət olunmuş Cəmiyyətin aidiyyatlı əməkdaşlarına çatdırdı. İştirakçıların AzQAC-ın 2016-2020-ci il strateji planına əsasən bilik və bacarıqlarının artırlması işinin qısa müddətdə təşkil olunmasını aidiyyatı şəxslərə həvalə etdi.
Daha sonra Koorperativ Fandreyzinq haqqında ətraflı çıxış edən İcraçı Katibin müavini Səbinə Məhbubi bu sahənin özünəməxsus çətinlikləri və görülməli işlər haqqında məlumat verdi. AzQAC-ın bəzi xidmətlərinin satışa çıxarılması haqqında öz təcrübələrini iştirakçılarla bölüşdü.
Xeyriyyə tədbirləri, aksiyalar və kampaniyalar haqqında isə AzQAC-ın İcraçı Katibin müavini Şaban Şayev iştirakçıları məlumatlandırdı. Görüşdə rəhbərlik tərəfindən aidiyyatı şöbənin işçilərinə lazımi tapşırıqlar verildi.
İştirakçılar : Emil Seyidəliyev
Xalid Xəlilov
Orxan Azəroğlu
Soltan Məmmədov
Sevilya Mahmudova
Qubad Qubadov
Nərgiz İbrahimli