12 yanvar 2016-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında AzQAC- nin Baş gərarqahında görüş keçirilmişdir. Qeyd edək ki, 2015-ci ildə AzQAC və BMqT birgə əməkdaşlığı çərçivəsində respublika üzrə orta və ali təhsil müəsisələrində AzQAC-nin rayon və şəhər bölmələri tərəfindən İnsan Alverinə Qarşı Mübarizə mövzusunda seminarlar təşkil olunmuşdur. Görüşün məqsədi gələcəkdə bu kimi seminarların təşkil olunmasının müzakirəsi olmuşdur.
Keçirilmiş seminarlar barəsində yaranmış problemlər və gələcəkdə bu kimi problemlərin olmaması üçün yeni mexanizimlərin tətbiq olunması və yeni təkliflərin verilməsi müzakirə edilmişdir. Gələcəkdə daha da mükəmməl şəkildə keçirilməsi üçün lazımi tədbirlərin görülməsi qərara alınmışdır.
Görüşdə AzQAC-nin İcraçı Katibinin müavini Şaban Şayev, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, Miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva, AzQAC-nin Bakı Regional Mərkəzinin rayon bölmə sədrləri, BMqT-nin Vyana Ofisinin nümayəndəsi Mayra Albu, BMqT-nin Bakı ofisinin nümayəndəsi Könül Kərimova iştirak etmişdirlər.