Изображение 216

Sərhədyanı ərazilərdə baş verən qəzaların idarə edilməsi haqqında təlim

2016-cı il yanvar ayının 22-də  Gürcüstanın Tiflis şəhərində dövlət və qeyri-dövlət strukturlarının iştirakı ilə sərhədyanı ərazilərdə baş verən qəzaların idarəedilməsinə dair təlim təşkil edilmişdir. Təlimin təşkilatçıları və ona dəstək verən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası /Dünyəvi Yol Təhlükəsizliyi üzrə Tərəfdaşlıq Birliyi (GRSP),Gürcüstanın Qızıl Xaç Cəmiyyəti, Gürcüstanın Yol təhlükəsizliyi üzrə Alyansın idarə heyəti olmuşdur.

İştirakçıların salamlama mərasimindən sonra tədbirin aparıcıları tərəfindən “TRACECA” layihəsi və təlimin məqsədləri haqqında çıxışlar olmuşdur.Qeyd etmək lazımdır ki, “TRACECA” layihəsi artıq 2014-cü ildən regional səviyyədə həyata keçirilir və bu layihə çərçivəsində bir sıra işçi qrup yaradılmış və təlimlər təşkil edilmişdir. Adı çəkilən tədbirin əsas məqsədi GRSP-nin başçılıq etdiyi TRACECA “Yol Təhlükəsizliyi II” layihəsi çərçivəsində Gürcüstan və Azərbaycanın sərhədlərində tətbiq edilə biləcək pilot proqramının və təklif ediləcək addımların müzakirəsi olmuşdur. Bu proqram çərçivəsində təklif olunan addımlar sərhədyanı ərazilərdə baş verən qəzaların təhlilini və qiymətləndirilməsini, qəzalarda fövqəladə hallar xidmətinin səmərəli fəaliyyətinin artırılmasını, “Vahid Zəng” adlı fövqəladə hallar üçün nəzərdə tutulmuş qaynar xəttin yaradılmasını və gələcəkdə məsələnin inkişafı istiqamətində aparılacaq işləri əhatə edir.Eyni zamanda proqrama qəza qurbanlarına qısa zaman ərzində ilk yardımın göstərilməsi və bu sahədə bilik və bacarıqların artırılması üçün qəza müşahidəçilərinin, dövlət sərhəd təhlükəsizlik xidməti işçilərinin, polis və avtomobil sürücülərinə müvafiq təlim kurslarının təşkil edilməsi, əsas magistral yollarda qəza kabinələrinin qurulması da daxildir.

İştirakçılara izah olunmuşdur ki, qəzadan sonrakı vəziyyətin idarə edilməsinin əsas məqsədi ölüm və əmək qabiliyyətinin itirilməsi, əlillik hallarının qarşısının alınması və zərərçəkmişin mümkün olan şəraitdə özünü bərpa etməsi və cəmiyyətə yenidən inteqrasiyasını təmin etməkdir. Effektiv ilkin tibbi yardım xidmətinin dərhal göstərilməsi bu qəbil qəza nəticələrini minimuma endirə bilər. Yol-nəqliyyat qəzaları baş verəndə təcili tibbi xidmətlər, polis və yanğın söndürmə briqadası qəzanın fəsadlarının minimuma endirilməsi və zərərçəkənlərin idarəedilməsində əhəmiyyətli rol oynayır. Bundan başqa, hadisə yerində olan digər şəxslər təcili yardım xidmətlərini hadisə yerinə çağırmaqla qəza qurbanlarına kömək edə bilərlər. Xüsusilə,  kənd və ucqar ərazilərdə yoldan keçənlərin müdaxiləsi və fövqəladə xidmətlərin xəbərdar edilməsi əhəmiyyətli rol oynayır. Qəzadan sonrakı vəziyyətin effektiv idarəedilməməsinin əsas səbəbləri arasında ətrafdakı təlimat keçməmiş insanların düzgün olmayan müdaxiləsi, düzgün koordinasiyanın olmaması, xəstəxanadan öncə olan qeyri-adekvat xidmətlər, infrastruktur çatışmazlıqları, qaynar xətlərin vaxtında istifadə olunmaması, yol-nəqliyyat hadisələri zamanı birinci və ikinci dərəcəli xəsarətlərdən qorunma haqqında ictimai maarifləndirmə kampaniyalarının geniş şəkildə keçirilməməsi və s. göstərmək olar

 

Deyilənlər təlimat zamanı Azərbaycan və Gürcüstanı təmsil edən nümayəndə heyətləri tərəfindən ətraflı şərh olunmuşdur. Hər iki tərəf sərhədlərdə baş verən yol qəzaları haqqında məlumatlar vermiş və yaranmış işçi qruplarda qəzadan sonrakı vəziyyətin idarəedilməsi, bu prosesin effektiv olması üçün yanaşmaları, mənbələri və ya tətbiqin qarşısını alan maneələri müzakirə etmişdir. Sonra müzakirələr əsasında maneələrin aradan qaldırılması üçün tədbiq oluna biləcək fəaliyyətlər işlənilmişdir.

Fəaliyyətlərin tərtib olunması zamanı qeyd olunmuşdur ki, artıq hər iki tərəfdə qəza zamanı istifadə olunan 112 və 102 nömrələri vardır. Beləliklə, yeni nömrənin yaradılmasındansa olan nömrələrin effektiv istifadəsi daha səmərəlidir. Belə bir yanaşma magistral yolların yaxınlığında zədə qayğı mərkəzlərinə də aiddir. Lakin qarşılıqlı əməkdaşlıq çərçivəsində ilk yardım kurslarının təşkil olunması üçün hər ölkədə mövcud olan Milli Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyətlərinə müraciət etmək, cəmiyyətlərin gücündən və potensialından, məsələn yol qəzaları olan ərazilərdə yerli bölmələrin işçi heyəti və könüllülərin köməyindən istifadə etmək mümkündür.

 

Təlimin sonunda qərara alınmışdır ki, bütün müzakirə olunanlar, fəaliyyət planları bir daha iştirakçıların son müzakirəsinə və tətbiq ediləcək zamanın müəyyənləşdirilməsi üçün təqdim olunacaqdır.

Respublikamızı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibin müavinləri Xalidə İsgəndərova və Səbinə Məhbubi–İran,  Dövlət Sərhəd Xidmətinin hüquq idarəsinin rəisi polkovnik Qinyaz Qaralov, Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətın Təhlükəsizliyi təbliği və İctimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru polis mayoruİsa Deystani, Fövqəladə Hallar Nazirliyinin  Böhran vəziyyətində idarəetmə mərkəzinin böhranların idarə edilməsi idarəsinin rəisi, polkovnik-leytenant Zaur Kərimov və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil etmişlərИзображение 219 Изображение 222 Изображение 226 Изображение 228

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.