IMG_0085

Təhlükəsiz və möhkəm icmaların qurulması layihəsinin I-ci mərhələsinin bitməsi ilə bağlı görüş keçirildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsi tərəfindən cəmiyyətin katibliyinin və o cümlədən tərəfdaş təşkilatlarının iştirakı ilə (Fövqəladə Hallar Nazirliyi-FHN, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayədəliyi-BQXK, Beynəlxalq Miqrasiya Təşkilatı-BMT, Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Azərbaycanın Beynəlxalq İnkişaf Agentliyi-AİDA, icra hakimiyyətinin nümayəndələri) Təhlükəsiz və möhkəm icmaların qurulması  layihəsinin I-ci mərhələsinin bitməsi ilə bağlı 25 yanvar 2016-ci ildə Bakı şəhərində yerləşən “Divan” otelində görüş keçirildi. Görüşün əvvəlində AzQAC Prezidentinin müşaviri/layihənin koordinatoru Elşən Səlimzadə tədbir iştirakçılarını salamlayaraq layihənin uğurla başa çatmasını vurğuladı və bunun səbəblərindən biri kimi tərəfdaşlarla sıx əməkdaşlığın və daimi dəstəyin olmasını qeyd etdi.

AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev öz çıxışında 2005-ci ildə FHN ilə cəmiyyətin arasında bağlanılmış Anlaşma Memorandumunu mühüm bir addım adlandıraraq, məhz elə bu addımın təhlükəsiz və möhkəm icmaların yaradılmasında vacib bir amil olduğunu qeyd etdi. Eyni zamanda Fövqəladə Hallara Hazırlıq və Cavabvermə, möhkəm və davamlı icmaların yaradılmasını cəmiyyətin 2016-2020-ci illər üçün tərtib olunmuş Strateji Planının əsas istiqamətlərindən biri olduğunu vurğuladı.

Sonra Elşən Səlimzadə layihənin meneceri Fərid Seyidzadəyə layihəyə dair prezentasiyanı  təqdim etmək üçün söz verdi. Fərid Seyidzadə öz növbəsində iştirak edənlərə layihənin yaranma günündən başlayaraq son mərhələyə qədər aparılan fəaliyyətlər haqqında ətraflı məlumat verdi. 2012-2015-ci illər ərəfəsində İsmayıllı (Təzəkənd, Diyallı,  Tircan və Kürdmaşı  kəndləri) və Qusar (Əniq və Kuzun kəndləri) rayonlarında aparılan layihənin əsas məqsədi Azərbaycanın ucqar kənd və şəhər icmalarının əhalisinin təbii fəlakətlərə davamlı səviyyədə hazırlığının gücləndirilməsi və risklərin azaldılmasıdır. Nəticədə icma qrupları yaradılmış, bir sıra təlimatlar, planlar, tərəfdaş təşkilatların iştirakı ilə tədbirlər (İlk Yardım üzrə, simulasiya məşğələləri), görüşlər və kiçik mitiqasiya layihələri keçirilmişdır. Əhatə edilmiş ərazilərdə risklər qiymətləndirilərək xəritələşdirilmiş və ailələrin fövqəladə hallara hazırlıqlı olması üçün Ailə Təhlükəsizlik Planları hazırlanmışdır. Sonda layihənin meneceri qeyd etdi ki, bu layihənin 2016-2018-ci illər müddətində də davam etdirilməsi nəzərdə tutulur.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Əməkdaşlıq üzrə nümayəndəsi cənab Gregory Lekok layihənin maraqlı və əməkdaşlıq çərçivəsində bir sıra fəaliyyətlərin uyğun olduğunu (İlk Yardım, Fövqəladə Halara Hazırlıq və Cavabvermə) bildirərək, layihənin yeni ərəfədə hansı istiqamətlərə yönəldiyi haqqında sual verdi.

Layihə haqqında nümayəndənin sualına cavab verərək cənab Səlimzadə qeyd etdi ki, növbəti ərəfədə layihəyə əhatə olunan kəndlərlə yanaşı yeni kəndlər də əlavə olunacaq. Eyni zamanda həyata keçirilən fəaliyyətlərlə yanaşı bir neçə yeni icmalara yönəldilmiş fəaliyyətlər aparılacaq. Ümumiyyətlə, layihə Milli Cəmiyyətin həm mandatına həm fəaliyyət istigamətinə uyğun olaraq icmalara dəstək olmaq üçün həyata keçirilir və  məqsəd icmaları problemlərin ətrafında toplamaq və aradan qaldırılılması üçün səfərbər etməkdədir. Bunun üçün də icmalar düzgün istigamətləndirilməli və yerlərdə aparılan fəaliyyətlər lazımı qaydada təşkil olunmalıdır.

Bu fikri davam edərək Fövgəladə Hallar Nazirliyinin nəzdində Mülki Müdafiə Qoşünlarının və xilasetmə qurumlarında işin təşkili idarəsinin rəisi Fərhad Səmədov ilk öncə tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirdi və öz tərəfindən qeyd etdi ki, hər bir fövgəladə halda texniki hazırlıqdan da vacib insanların hazırlıqlı olmasıdır, çünki hadisəylə ilk növbədə onlar üzləşir. Əhalinin həssas təbəqəsi olan işləməyən kategoriyaya (qocalar, uşaqlar) xüsusi diqqət yetirilməlidir. Fövqəladə hal baş verdikdə bu təkçə dövlətin cavabdehliyi deyil, həm də əhalinin məsuliyyətidir ki, onlar göstərilən köməyə öz tövhələrini düzgün qaydada verib yaranmış vəziyyətin aradan qaldırılmasında dəstək ola bilərlər. Əhalinin böhran vəziyətində düzgün davranışı, sabit psixoloji durumu, yəni hadisə yerində təşviş yaratmamaqda, vəziyyətin tez bir zamanda həll olunmasında kömək edə bilər.

Beynəlxalq Miqrasiya Təşkilatından Programların yardımçısı cənab İlyas Nəbiyev və Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Azərbaycanın Beynəlxalq İnkişaf Agentliyinin Humanitar məsələlər üzrə şöbə müdiri cənab Etibar Kərimov öz növbələrində layihənin nəticələrinin təqdimatı ilə bağlı təşkil olunmuş tədbirə qoşulduqlarından məmnun olduqlarını bildirərək, Qızıl Aypara Cəmiyyəti ilə həmişə əməkdaşlıq etməyə və lazımı dəstək göstərməyə hazır olduqlarını bildirdilər. Nümayəndələr tərəfindən qeyd edildi ki, layihə böhranın qarşısının alınmasında və onun nəticələrinin aradan qaldırılmasında mühüm rol oynayır.

Tədbirdə layihənin regional nümayəndələri də layihə üzrə öz fikirlərini bildirərək onun həyata keçirilməsində lazımı dəstəyin göstərilməsinə hazır olduqlarını bildirdilər.

Tədbirin sonunda cənab Səlimzadə bir daha qonaqlara tədbirə gəldiklərinə görə təşəkkürünü bildirdi və əməkdaşlığın daha sıx olmasına ümid bəslədi.IMG_0039 IMG_0049 IMG_0052 IMG_0057 IMG_0065 IMG_0070

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.